19 iyul 2016 00:15
Sumqayıt Adana Demirsporla bərabərə qaldı
Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” növbəti yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, Samir Abasobun yetirmələri Türkiyə 1-ci liqa təmsilçisi "Adana Demirspor"la qarşılaşıb.
Qızılcahamamda baş tutan görüş 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.
"Sumqayıt" təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu iyulun 20-də keçirəcək.
