18 iyul 2016 19:30
Dimitris Sialmas: Azərbaycanda qazandığım pul Yunanıstanda heç vaxt olmayacaq
İsveçin "Akropolis" klubunun yunanıstanlı hücumçusu Dimitris Sialmas Azərbaycanda, "Xəzər Lənkəran"dakı karyerası ilə bağlı xatirələrindən danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"AEK-dən başqa bir ölkəyə - Azərbaycana üz tutdum. "Xəzər Lənkəran"da aldığım pul Yunanıstanda heç vaxt olmayacaq. Bəlkə də bu, səhv qərar idi. Çünki özümə də ağır gəlirdi. Amma hər bir futbolçuda elə bir məqam olur ki, bəzən maliyyəni düşünməli olursan. Bəlkə də o vaxt AEK-də qalmalı, komandaya kömək etməli idim". (Sportdog)
Qeyd edək ki, Sialmas "Xəzər Lənkəran"da 2012/13 mövsümündə çıxış edib.
