18 iyul 2016 18:30
Kəpəzin rəqibi Red Bullun futbolçusunu icarəyə götürdü
"Kəpəz"in Avropa Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi - Avstriya "Admira"sı heyətini yeni futbolçu ilə gücləndirib. Azerisport.az xəbər verir ki, sözügedən klub xorvatiyalı yarımmüdafiəçi Ante Roquliçki heyətinə qatıb.
O, Avstriyanın digər klubu "Red Bull"a məxsus olsa da, "Admira"da icarə əsasında çıxış edəcək.
