18 iyul 2016 17:50
Prosineçki FİFA-nın Şeydayevlə bağlı qərarını gözləyir
Xəbər verdiyimiz kimi, Türkiyənin "Trabzonspor" klubunun yarımmüdafiəçisi Ramil Şeydayev Azərbaycan yığmasında oynamaq istəyi ilə bağlı AFFA-ya müraciət edib. Azerisport.az xəbər verir ki, AFFA rəhbərliyi də öz növbəsində FİFA-ya müraciət ünvanlayıb.
Dünya futbol qurumunun ayın sonuna qədər bu barədə yekun qərarını açıqlaması gözlənilir. Baş məşqçi Robert Prosineçki də hazırda FİFA-nın qərarını gözləyir. Xorvatiyalı mütəxəssis DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San Marinoya qarşı keçiriləcək oyuna Şeydayevi də dəvət etməyi düşünür. Sözügedən oyun sentyabrın 4-də baş tutacaq.
