18 iyul 2016 16:40

Dmitri Kramаrenko: Hələ də şanslar bərabərdir

"Neftçi"nin qapıçılarla iş üzrə məşqçisi Dmitri Kramаrenkonun azerisport.az saytına müsahibəsi

- Avropa Liqasının ikinci təsnifat mərhələsindəki rəqibinizlə - Makedoniya "Şkendiya"sı ilə cavab matçına hazırlıq necə gedir?
- Elə indicə məşqdən qayıdırıq. Yeni bazamızda məşq etdik. Amma köhnə bazamızda məskunlaşmışıq.

- Bəs yeni bazada qalmaq üçün otel nə vaxt hazır olacaq?
- Bilmirəm. Binada müəyyən işlər gedir. Amma bu, bizim işimiz deyil. Öz işlərimiz yetərincədi. Əsas odur ki, məşq etmək üçün ideal meydançalarımız var. Qazonun keyfiyyəti hətta Türkiyədəkilərdən də yaxşıdır.

- Komandada atmosfer necədir?
- Heç bir problem yoxdur. Zədəlimiz də yoxdur. Maksim Vaylonun da diskvalifikasiyası başa çatıb.

- Bakıdakı qolsuz heç-heçədən sonra mərhələ adlamaq şanslarınız barədə nə düşünürsünüz?
- Komandamızın ev oyununda qol buraxmaması çox böyük üstünlükdür. Rəqibimiz güclüdür. Bunu Bakıdakı görüşdə də gördük. Meydanın mərkəzində çox yaxşı yarımmüdafiəçiləri çıxış edir. Amma bizim də hədəfimizə çatmağa kömək edə biləcək futbolçularımız var. Bizdən asılı olan nə varsa, edəcəyik.

- İlk oyunda hücum xəttiniz çox dişsiz görünürdü...
- Komandada yeni futbolçular var. Gedənlər də az deyil. Hələ komanda meydanda tam anlaşa bilmir.

- Şansları faizlə dəyərləndirsək, "Şkendiya"nı üstün saymaq olar?
- Xeyr. Şanslar yenə bərabərdir. Sonadək mübarizə aparacağıq. Uşaqlar hansı məsuliyyəti daşıdıqlarını yaxşı bilirlər. Ünvanımıza çoxlu tənqidlər eşidirəm. Amma mən inanıram və ən yaxşısına ümid edirəm.

- Qapıçılarla bağlı vəziyyət nə yerdədi?
- Krşevan Santini çox yaxşı qapıçıdır. O, mübahisəzi bir nömrədir. Maksim Vaylodan əlavə, əvəzedici heyətdə də perspektivli qapıçılarımız var.

- "Neftçi" macarları keçsə, üçüncü mərhələdə Çexiya "Mlada Boleslav"ı ilə qarşılaşa bilər...
- Ümd edirəm ki, "Şkendiya" ilə oyundan sonra çexlər barədədanışmaq imkanımız olacaq. Amma indi tezdir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.