18 iyul 2016 16:50
Qarabağ bu gün yola düşür
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Düdelanj”ın qonağı olacaq “Qarabağ” bu gün Lüksemburqa yola düşür. Azerisport.az xəbər verir ki, komanda bu gün saat 18:00-da Bakı-Lüksemburq reysi ilə ölkəni tərk edəcək.
Təxminən 5 saatlıq uçuşdan sonra komandamızın Lüksemburqa çatacağı gözlənilir.
Qeyd edək ki, iyulun 20-də keçiriləcək “F91 Düdelanj” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
