18 iyul 2016 15:50
Kamran Ağayev: Divizon klubuna da keçə bilərəm
Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev hələ də özünə yeni klub tapmayıb. Azerisport.az saytına açıqlamasında o, bu işlərlə menecerinin məşğul olduğunu söyləyib:
"Fərdi proqram üzrə məşq edirdim. Amma iki gündür onu da etmirəm. Hələ hansı kluba keçəcəyimi deyə bilmərəm. Ola bilər ki, Türkiyəyə gedim, ola da bilər ki, Azərbaycanda qalım. Hətta Azərbaycan birinci divizionunda da oynaya bilərəm (gülür). Bir qədər də dözək. Tezliklə karyeramı harada davam etdirəcəyim bilinəcək".
Qeyd edək ki, Ağayev son mövsümü "İnter"də keçirib.
