18 iyul 2016 15:20
Nazarov 7 qola sevindi
Almaniyanın "Ersgebirge" (Aue) komandası yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası "Rayhenbax"la qarşılaşıb.
Matç "Ergebirge"nin 31:0 hesablı qələbəsi ilə başa çatıb. Nazarov bu oyunun 46-cı dəqiqəsində meydana çıxıb və hamıdan çox - 7 qol vurub.
