18 iyul 2016 15:00
Rüfət Dadaşov: Ramil Şeydayevin milliyə cəlb olunması yaxşı addımdır
Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşov Ramil Şeydayevin millimizdə çıxış etmək istəməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Azərbaycan yığmasının oyunlarını izləyirəm və baş verənlərdən xəbərim var. Ramil Şeydayevin yığmaya dəvət olunması yaxşı addımır. Amma mən onun yığmaya nə dərəcədə kömək edib-etməyəcəyini deyə bilmərəm".
