18 iyul 2016 13:20
Şəhriyar Əliyev: Kəpəz öncə Admiranı keçmək haqda düşünməlidir
"Kəpəz"in müdafiəçisi Şəhriyar Əliyev Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Avstriya "Admira"sına qarşı keçirəcəkləri cavab oyunu (ilk oyun 0:1) öncəsi fiirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Səfər oyununda çətin olacağını bilirdik. Səbrli oynayıb, əks-hücumlara bel bağladıq. "Admira" yaxşı komandadır. Amma qolu öz günahımız ucbatından buraxdıq. Səhvlər üzərində çalışmalı, cavab oyununa daha yaxşı hazırlaşmalıyıq. Uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Növbəti mərhələyə adlayacağımız halda Çexiya "Slovan"ı ilə qarşılaşacağımızı bilirik. Amma bu barədə düşünmək hələ tezdir. Biz öncə "Admira"nı keçmək haqda düşünməliyik".
