18 iyul 2016 11:00
Cəfərov Tondelada növbəti oyununu keçirdi
Portuqaliyanın "Tondela" klubu növbəti yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Elnur Cəfərovun komandası Lüksemburqda yerli "Benfika" ilə qarşılaşıb.
Matç portuqaliyalıların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Cəfərov bu dəfə də meydana ikinci hissədə çıxıb və 45 dəqiqə oynayıb.
