18 iyul 2016 00:30

Sumqayıt Adana Demirsporla qarşılaşacaq

Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” Futbol Klubu bu gün - iyulun 18-də qonşu ölkədə növbəti yoxlama oyununa çıxacaq. Azerisport.az xəbər verir ki, Samir Abasovun yetirmələri bu dəfə Türkiyə 1-ci liqa təmsilçisi "Adana Demirspor"la qarşılaşacaq. Qarşılaşma yerli vaxtla saat 16:00-da başlayacaq.

Qeyd edək ki, "Adana Demirspor" 2015/2016 mövsümünü PTT 1-ci liqada 4-cü pillədə tamamlayaraq Super Liqaya yüksəlmək uğrunda pley-off mərhələsinə vəsiqə qazanıb. Adana təmsilçisi bu mərhələdə iki oyunun nəticəsinə görə "Elazığspor"dan üstün olub finala yüksəlsə də, həlledici görüşdə penaltilər sonrası "Alanyaspor"a məğlub olmaqla Super Liqaya yüksəlmək şansını itirib. Daha bir maraqlı fakt isə ondadır ki, "Adana Demirspor"un hücumçusu Mikael Pote 2015/2016 mövsümündə 23 qol vurmaqla 1-ci liqanın bombardiri olub.

Xatırladaq ki, "Sumqayıt" Boludakı ilk yoxlama matçında Səudiyyə Ərəbistanı təmsilçisi "Al Khaleej"ə 1:3 hesabı ilə məğlub olmuşdu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.