18 iyul 2016 00:25
Eyyubov Qəbələyə cavab matçında kömək edə biləcək
"Qəbələ"nin yarımmüdafiəçisi Rəşad Eyyubov Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Macarıstan MTK-sı ilə cavab oyununda meydana çıxa bilər. Azerisport.az xəbər verir ki, ilk təsnifat mərhələsində Gürcüstan "Samtredia"sı ilə cavab oyunu zamanı allergiya səbəbindən halı pisləşən, buna görə komanda ilə vətənə qayıda bilməyib, qonşu ölkədə xəstəxanada qalan futbolçu hazırda tam sağalıb.
Macarıstan klubu ilə səfər oyununu da buna görə buraxmalı olan Rəşad artıq komanda ilə məşqlərə də başlayıb. Onun MTK ilə cavab matçına qədər tam hazır olması gözlənilir.
Qeyd edək ki, MTK ilə səfər oyununda 2:1 hesablı qələbə qazanan "Qəbələ"nin bu komanda ilə cavab görüşü iyulun 21-də Bakıda baş tutacaq.
