18 iyul 2016 00:20
Şkendiya - Neftçi oyununda belçikalı hakimlər
Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Şkendiya" (Makedoniya) - "Neftçi" matçının hakim təyinatları açıqlanıb. Azerisport.az xəbər verir ki, UEFA bu qarşılaşmanı belçikalı hakimlərə həvalə edib.
Görüşün baş hakimi Erik Lamprext olacaq.
Qeyd edək ki, "Şkendiya" - "Neftçi" oyunu iyulun 21-də Skopyedəki "Filipp II Makedonski" stadionunda keçiriləcək və saat 22:00-da start götürəcək. Tərəflər arasındakı ilk qarşılaşmada qapılara qol vurulmayıb - 0:0.
