18 iyul 2016 00:15
Qəbələ - MTK matçında türk hakimlər
Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qəbələ" - MTK (Macarıstan) matçının hakim təyinatları açıqlanıb. Azerisport.az xəbər verir ki, UEFA bu qarşılaşmanı türkiyəli hakimlərə həvalə edib.
Görüşün baş hakimi Mete Kalkavan olacaq.
Qeyd edək ki, "Qəbələ" - MTK oyunu iyulun 21-də "Bakcell Arena"da keçiriləcək və saat 21:00-da start götürəcək. Tərəflər arasındakı ilk qarşılaşmada "Qəbələ" 2:1 hesablı qələbəyə sevinib.
