18 iyul 2016 00:10
Kəpəz - Admira matçı rusiyalı hakimlərə tapşırıldı
Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Kəpəz" - "Admira" (Avstriya) matçının hakim təyinatları açıqlanıb. Azerisport.az xəbər verir ki, UEFA bu qarşılaşmanı rusiyalı hakimlərə həvalə edib.
Görüşün baş hakimi Vitali Meşkov olacaq. Ona həmyerliləri Valeri Dançenko və Maksim Qavrilin kömək edəcək. Dördüncü haki isə Mixail Vilkov olacaq.
Qeyd edək ki, "Kəpəz" - "Admira" oyunu iyulun 20-də "Dalğa Arena"da keçiriləcək və saat 20:00-da start götürəcək. Tərəflər arasındakı ilk qarşılaşmada gəncəlilər 0:1 hesablı məğlubiyyətlə üzləşiblər.
