18 iyul 2016 00:05
Yığmamız Özbəkistana məğlub oldu
19 yaşadək qızlardan ibarət Azərbaycan yığması daha bir yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, “Dalğa Arena”da Özbəkistanın U-19 komandası ilə qarşılaşan yığmamız 0:2 hesabı ilə məğlub olub.
Xatırladaq ki, bu komandalar arasında iyulun 15-də keçirilmiş yoldaşlıq oyununda yığmamız qalib gəlmişdi – 2:1.
