17 iyul 2016 15:10

Vitali Vernidub: Bakıda da qələbə qazanacağımıza inanırıq

"Qəbələ"nin müdafiəçisi Vitali Vernidub Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Macarıstan MTK-sı üərində qazandıqları səfər qələbəsindən (2:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- MTK ilə ilk oyununuz barədə fikirləriniz?
- Ağır oyun oldu. Müəyyən qədər bəxtimiz də gətirdi ki, rəqib penaltini vura bilmədi. Bundan sonra isə biz təşəbbüsü ələ alıb iki qol vurduq. İki gün Macarısta klubunun oyunlarına baxmışdıq, analizlər aparmışdıq.

- Qələbə nə dərəcədə çətin başa gəldi?
- Biz ona görə qələbə qazandıq ki, məşqçilərimizin tapşırıqları dəqiq yerinə yetirdik. Əlbəttə, səhvlərimiz də oldu. Bunsuz keçinmək mümkünsüzdür. Amma buraxılan səhvlər üzərində çalışacağıq ki, sayını minimuma endirək. Növbəti oyunda daha yaxşı oynamağa çalışacağıq.

- Sizcə, macarlar penaltini dəqiq yerinə yetirsəydilər, nəticə fərqli ola bilərdi?
- Bəli, bu, matçın nəticəsinə təsirsiz ötüşməyəcəkdi. Amma bu barədə danışmağın mənası yoxdur. Əsas odur ki, qələbə qazandıq.

- "Qəbələ"ni artıq növbəti mərhələyə vəsiqə qazanması münasibətilə təbrik etmək olar?
- Xeyr. MTK çox güclü komandadır və Bakıya qələbə üçün gələcək. Konsentrasiyanı saxlamağa çalışmalıyıq. Maksimum diqqətli oynamalı, hücumlarımızı məhsuldar tamamlamalıyıq. Yalnız belə olan halda mərhələ adlaya bilərik. Hələ heç nə bitməyib. Qarşıda 90 dəqiqə var.

- MTK-ya yenə qalib gələ biləcəksiniz?
- Qələbəyə inanırıq. Ancaq buna çalışacağıq. Azarkeşlərimiz qarşısında oynayacağıq. Onların inamını doğrultmalıyıq.

- Mütəxəssislərin çoxu "Qəbələ"ni növbəti mərhələdə görür, "Kəpəz"lə "Neftçi"nin isə üçüncü mərhələyə çıxacacağına inanmır. Siz bu barədə nə düşünürsünüz?
- "Neftçi" və "Kəpəz" də ilk mərhələdə uğur qazanmağı bacardığını göstərib. Onlara uğurlar arzulayıram və inanıram ki, mərhələ keçəcəklər. Hər ikisində komandanı arxasınca apara biləcək futbolçular var.

- MTK səddini keçsəniz, Fransanın "Lill" komandası ilə qarşılaşacaqsınız. Bəxtinizin gətirmədiyini demək olar?
- İndidən Fransa klubu barədə danışmaq istəmirəm. Çünki hələ mərhələni keçməmişik. Fransızları müzakirə etməyə başlasaq, bu, bizə baha başa gələ bilər. İndi ancaq MTK haqda düşünürük. Mərhələni keçək, ondan sonra "Lill" barədə danışarıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.