17 iyul 2016 14:30
Kəpəzin rəqibi darmadağınla qalib gəldi
Avropa Liqasının ikinci təsnifat mərhələsində "Kəpəz"in rəqibi olan "Admira" Avstriya Kubokunun yeni mövsümündə ilk oyununu keçirib. Azerisport.az xəbər verir ki, sözügedən komanda səfərdə "Dornbirner"lə qarşılaşıb.
Matç "Kəpəz"in rəqibinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Kristof Monşayn dubla imza atdığı oyunda digər qolları Toni Vastiç və Markus Bluç vurub. Komandanın daha bir üzvü Fabio Ştrauss isə 70-ci dəqiqədə (hesab 2:0 olarkən) qırmızı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, "Kəpəz"lə "Admira" arasında Avstriyada keçirilmiş oyunda komandamız 0:1 hesablı məğlubiyyətlə üzləşib. Cavab oyunu iyulun 20-də Bakıda keçiriləcək.
