17 iyul 2016 13:30
Şəhriyar Rəhimov: Admiranın qolu planlarımızı korladı
"Kəpəz"in müdafiəçisi Şəhriyar Rəhimov Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Avstriya "Admira"sına qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Oyun bizim üçün çox çətin keçdi. Rəqibin çox sürətli futbolçuları var. Güclü pressinq tətbiq etməyi də bacarırlar. Biz müdafiədə etibarlı oynayıb, əks-hücumlara bel bağlamışdıq. Amma buraxılan qol bütün planlarımızı korladı. Cavab oyununda "Admira"ya mütləq qol vurmalı, qələbə qazanmalıyıq. Çexiya "Slovan"ına gəlincə, biz hələ öncə "Admira"nı keçmək barədə düşünməliyik. Yalnız ondan sonra növbəti rəqib barədə danışmaq olar".
