17 iyul 2016 13:00
Murad Ağayev: Şkendiyanı keçməyə borcluyuq
"Neftçi"nin yarımmüdafiəçisi Murad Ağayev Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Makedoniya "Şkendiya"sına qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bakıdakı oyunda meydana qələbə üçün çıxmışdıq. "Neftçi"nin uzun müddətdir ev oyunlarında qələbə qazana bilmədiyini heç bilmirdim. Ümid edirəm ki, bu uğursuz gedişata son qoyub, azarkeşlərimizi sevindirərik. Cavab oyununda "Şkendiya"ya qalib gəlməyə, mərhələ adlamağa çalışacağıq. Bu komandanı keçməyə borcluyuq. Növbəti mərhələdə Çexiya "Mlada Boleslav"ı ilə qarşılaşa bilərik. Amma bu rəqib barədə heç bir məlumatım yoxdur".
