17 iyul 2016 12:00

Klublarımızın UEFA reytinqi: Qarabağ yenə hamıdan öndə

Azərbaycan klublarının UEFA reytinqindəki mövqeyi müəyyənləşib. Azerisport.az xəbər verir ki, ən yaxşı göstəriciyə malik komandamız yenə "Qarabağ"dır.

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Lüksemburq "Düdelanj"ı ilə mübarizə aparan təmsilçimiz Bakıdakı qələbə sayəsində mövqeyini yaxılaşdırmağa nail olub. Ağdam klubu hazırda 13,500 reytinq xalı sayəsində 120-ci sıradadır. "Qarabağ"ın rəqibi "Düdelanj" 240-cı, üçüncü təsnifat mərhələsindəki potensial rəqib - Çexiya "Viktoriya"sı isə 48-cidir.

Avropa Liqasındakı təmsilçimiz "Neftçi" 9,250 reytinq xalı ilə 154-cüdür. Bakılıların Avroliqanın ikinci təsnifat mərhələsi çərçivəsində Bakıda qolsuz heç-heçəyə razılaşdığı Makedoniya "Şkendiya"sı 364-cüdü pillədə qərarlaşıb. Üçüncü təsnifat mərhələsində bu iki komandadan birini gözləyən Çexiyanın "Mlada Boleslav" komandası isə 159-cudur.

"Qəbələ" 5,750 xalla Avropada 206-cı komandadır. Avroliqanın ikinci təsnifat mərhələsində səfərdə Macarıstan MTK-sına qalib gələn qəbələlilərin rəqibi isə 337-ci sırada qərarlaşıb. Üçüncü təsnifat mərhələsində bu iki komandadan biri ilə görüşəcək Fransanın "Lill" klubu isə 86-cıdır.

Avroliqadakı digər təmsilçimiz "Kəpəz" də UEFA-nın yeni reytinqində irəliləyib. Gəncə klubu 3,500 reytinq xalı ilə 309-cudur. Komandamızın Avroliqanın ikinci təsnifat mərhələsi çərçivəsində səfərdə uduzduğu Avstriya "Admira"sı isə 220-ci pillədə qərarlaşıb. Bu komandaların biri ilə üçüncü təsnifat mərhələsində qarşılaşacaq Çexiya "Slovan"ı da 80-ci sıradadır.

Azərbaycanın UEFA-nın reytinq cədvəlindəki digər təmsilçilərinə gəlincə, "İnter" 5,500 xalla 216-cı, "Xəzər Lənkəran" 4,000 xalla 283-cü, "Bakı" 3,250 xalla 318-cidir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.