17 iyul 2016 11:00
Azərbaycan Özbəkistana qarşı
19 yaşadək qızlardan ibarət Azərbaycan yığması bu gün yoxlama oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, millimiz “Dalğa Arena”da Özbəkistanın U-19 komandası ilə qarşılaşacaq.
Oyun saat 19:00-da start götürəcək.
Qeyd edək ki, tərəflər arasında “Dalğa Arena”da baş tutan ilk oyunda millimiz 2:1 hesabıyla qalib gəlmişdi.
