17 iyul 2016 00:45

Jonatan Juber: Qarabağı keçmək üçün ideal oyun sərgiləmək lazımdır

Lüksemburqun "Düdelanj" klubunun qapıçısı Jonatan Juber UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, yerli mətbuat müsahibəsində öncə Bakıdakı 0:2 hesablı yenilgini şərh edib:

- Bu rəqibimiz 2014-cü ildə qarşılaşdığımız Bolqarıstan "Ludoqorets"i ilə demək olar ki, eyni səviyyədədir. Amma "Qarabağ"ın futbolçuları fərdi cəhətdən daha güclüdür. Onlar bu baxımdan Avstriya "Zalsburq"una oxşayırlar. hansı ki, bu komanda ilə də 2012-ci ildə oynamışdıq. Azərbaycanlılar topa yaxşı nəzarət edirdilər, komanda oyunu göstərdilər. Öz gözlərimlə saydığım qədərilə 15 min azarkeşin qarşısında onlar bizi xüsusilə ilk 45 dəqiqədə daha çox müdafiə olunmağa məcbur etdilər.

- İki qol buraxsanız da, yaxşı çıxış etdiniz...
- Ən azı bir qolun əvəzini çıxmağa ümid edirdik. Bir neçə təhlükəli hücum da qurduq. Amma bundan yararlana bilmədik. Bütövlükdə, qol vəziyyəti yaratmaq bizə nəsib olmadı.

- Penalti zərbəsini qaytarmağa çox yaxın oldunuz...
- Qol buraxdığımıza görə çox üzüldüm. Çünki küncü yaxşı tapmışdım. Hətta topa toxundum da. Amma onun qarşısını almaq mümkün olmadı.

- Mərhələ adlamaq şansınız var?
- 0:2 uduzandan sonra şans elə də çox olmur. Realist olmalıyıq, rəqibimiz də güclüdür. Mərhələ adlamaq üçün biz cavab matçında ideal oyun sərgiləməliyik. Qol vəziyyətlərindən maksimum yararlanmaq lazımdır. Müdafiədə buraxılacaq kiçik bir səhv isə hər şeyin sonu ola bilər. Amma bu, futboldur, hər şey mümkündür.

- Cəbəllütariq "Linkoln"unun Şotlandiya "Seltik"i üzərindəki qələbəsi (1:0) sizin üçün yaxşı motivasiya ola bilər...
- Bu, onu göstərir ki, kiçik komanda anlayışı qalmayıb. Yazılı favorit qol vurmayanda isə hər şey baş verə bilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.