17 iyul 2016 00:25
"Neftçi və ya Şkendiya ilə üz-üzə gəlməyimizdən asılı olmayaraq, pley-offa çıxmalıyıq"
Çexiyanın "Mlada Boleslav" klubunun prezidenti Yozef Dufek Avropa Liqasının üçüncü təsnifat mərhələsindəki potensial rəqibləri - "Neftçi" ilə Makedoniya "Şkendiya"sından danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bizi istənilən halda gərgin səfər oyunları gözləyir: istər Bakıya getsək, istərsə də Tetovoda ("Şkendiya" Tetovonu təmsil etsə də, avrokubok oyunlarını Skopyedə keçirir - red.). Şübhəsiz ki, futbolçularımız həm Azərbaycanda, həm də Makedoniyada daha isti hava ilə üzləşməli olacaq. Bu ölkələrin havası Mərkəzi Avropadakından bir qədər fərqlənir. Amma rəqibimizin kim olmasından asılı olmayaraq, biz istənilən halda Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanmağa çalışacağıq".
