16 iyul 2016 20:30
Slovanın kapitanı: Kəpəz maraqlı komandadır
Çexiyanın "Slovan" klubunun kapitanı Lukaş Pokornı Avropa Liqasının üçüncü təsnifat mərhələsindəki potensial rəqibləri - "Kəpəz" və Avstriya "Admira"sı barədə danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Həm "Kəpəz", həm də "Admira" maraqlı komandadır. Amma bu rəqiblər barədə ətraflı məlumatımız yoxdur. Qarşıda bunun üçün vaxtımız olacaq. Onların cavab oyunlarını izləmək də mümkün olacaq. Fikrimcə, püşkatma bizim üçün uğurlu alındı".
