16 iyul 2016 19:30
Ramil Şeydayev: Bizi heç kim durdura bilməyəcək
Türkiyənin "Trabzonspor" klubunun azərbaycanlı futbolçusu Ramil Şeydayev komandası ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, qardaş ölkə mətbuatına açıqlamasında bunları söyləyib:
"Trabzonspor" çox yaxşı komandadır. Burada olduğum üçün çox şadam. Bu komandanın azarkeşlərinin necə fanatlıq etdiyinə dair şəkillərə, videoalara baxmışam. Buradakı futbol atmosferi belə olsa, bizi kimsənin durdura bilməyəcəyini düşünürəm".
