16 iyul 2016 15:00
Mlada Boleslavın kapitanı Neftçi ilə qarşılaşmaq istəmir
Çexiyanın "Mlada Boleslav" klubunun kapitanı Lukaş Maqera Avropa Liqasının üçüncü təsnifat mərhələsinin püşkünü dəyərləndirib. Azerisport.az xəbər verir ki, "Neftçi" - "Şkendiya" (Makedoniya) cütünün qalibini gözləyən çexlərin lideri bunları söyləyib:
"Rəqibin hansı komanda olacağından asılı olmayaraq, biz Avroliqanın üçüncü təsnifat mərhələsində uğur qazanmaq istəyirik. Amma Bakıya uzun yol qət edib, matç oynamağa getmək istəməzdim. Bunun üçün Makedoniya klubu ilə qarşılaşmaq daha yaxşı olardı".
