16 iyul 2016 14:20
Milan Petrjela: Qarabağ bizə qalib gəlmişdi, bu dəfə ciddi hazırlaşmalıyıq
Çexiyanın "Viktoriya" klubunun yarımmüdafiəçisi Milan Petrjela Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində qarşılaşmalı olduqları "Qarabağ" və Lüksemburq "Düdelanj"ı barədə danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"İki il öncə "Qarabağ"la Avstriya toplanışı çərçivəsində qarşılaşmışdıq. Həmin oyunda Azərbaycan klubu qələbə qazanmışdı. Münasib rəqib deyil. Onlarla oyuna yaxşı hazırlaşmaq lazımdır. Bizimlə oyuna qədər "Qarabağ"ın "Düdelanj"la daha bir oyun keçirməsi yaxşıdır. Biz onları iş başında görmək imkanı qazanacağıq".
