16 iyul 2016 14:00
Mahmud Qurbanov: Kəpəz bu rəqibə qalib gələcək gücdədir
Azərbaycan yığmasının məşqçisi Mahmud Qurbanov "Kəpəz"in Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Avstriya "Admira"sına qarşı səfər oyununu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 0:1 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
"Nəticə baxımından hər şey o dərəcədə də pis deyil. Cavab oyununda bir qolun əvəzini çıxmaq olar. Hələ heç nə itirilməyib. Sadəcə, qələbə qazanmaq lazımdır. İlk oyunu mən də izləyirdim və deyərdim ki, rəqib heç də sıradan komanda deyil. Bu komandanı keçmək çətin olacaq. Yəqin ki, cavab oyununda da oxşar futbolu sərgiləməyə çalışacaqlar. Amma "Kəpəz" bu rəqibə qalib gələcək gücdədir".
