16 iyul 2016 12:30
Qarabağın potensial rəqibindən qələbə
"Qarabağ"ın UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindəki potensial rəqibi - Çexiya "Viktoriya"sı yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Türkiyənin "Başakşehir" klubu ilə qarşılaşan Plzen təmsilçisi 1:0 hesablı qələbəyə sevinib.
Matçdakı yeganə qolu 86-cı dəqiqədə Krmençik vurub.
