16 iyul 2016 00:20

Qəbələdə yeni baş məşqçi

“Qəbələ”nin əvəzedicilərdən ibarət komandası yeni mövsümün hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, məşqlərini Qəbələdə gerçəkləşdirən ötən mövsümün çempionu yeni baş məşqçi Hüseynqulu Quliyevin rəhbərliyi altında hazırlıq keçir.

O, əvəzedicilərlə Azərbaycan çempionluğu qazanan Ramin Quliyevin əsas komandaya məşqçi təyin olunmasından sonra bu vəzifənin icrasına başlayıb. 2010-cu ildən “Qəbələ”də çalışan mütəxəssis klubun aşağı yaş qrupları üzrə müxtəlif komandalarına çalışıb. Son illər U-19-un baş məşqçisi olan Quliyev ötən mövsüm komanda ilə birlikdə Azərbaycan çempionu adını qazanıb. Bunadək isə o, futbolçu kimi “Termist”, “Turan”, “Xəzri”, “Şəmkir”, “Bakı Fəhləsi”, “Ümid”, “Neftçi” klublarında çıxış edib, məşqçilik karyerasına 2006-ci ildə başlayıb.

Əvəzedicilərin hazırlıq prosesinin Qəbələdə keçirilən 1-ci mərhələsində klubumuzun U-19 komandasını bəzi üzvləri də iştirak edir. 44 yaşlı mütəxəssisin yetirmələri artıq ilk yoxlama oyununu da keçirib. “Qırmızı-qaralar” “Sumqayıt”ın əvəzediciləri ilə yoxlama oyununda 6:0 hesabı ilə qalib gəlib. Hazırlıq prosesinin 1-ci mərhələsini iyulun 18-də yekunlaşdıracaq komanda həmin gün “Kəpəz”in əvəzediciləri ilə üz-üzə gələcək. Ardınca 3 günlük istirahətə buraxılacaq komanda hazırlığın 2-ci mərhələsi üçün bir araya gələcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.