16 iyul 2016 00:05
Elnur Cəfərov Tondelada ilk matçına çıxdı
Portuqaliyanın "Tondela" klubu yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Elnur Cəfərovun komandası digər Portuqaliya klubu "Akademika" ilə qarşılaşıb.
Görüş 1:1 hesabıyla başa çatıb. Elnur bu matçın 46-cı dəqiqəsində, hesab 1:1 olarkən meydana çıxıb və sonadək mübarizə aparıb.
