15 iyul 2016 21:00
Azərbaycan Özbəkistana qalib gəldi
19 yaşadək qızlardan ibarət Azərbaycan yığması bu gün yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, yığmamız Özbəkistanın müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşıb.
“Dalğa Arena”da baş tutan oyunda yığmamız 2:1 hesabı ilə qələbə qazanıb. Komandamızın qollarını Manə Mollayeva və Kristina Bakarandze vurub.
İyulun 17-də, saat 19:00-da, “Dalğa Arena”da bu komandalar arasında növbəti yoxlama oyunu keçiriləcək.
