15 iyul 2016 19:23
Milan Petrjela: Azərbaycana yox, Lüksemburqa getməyimizi istərdim
Çexiyanın "Viktoriya" klubunun futbolçusu Milan Petrjela UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin püşkatmasına münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, rəqib olduqları "Qarabağ" - "Düdelanj" (Lüksemburq) cütü ilə bağlı bunları söyləyib:
"İmkanım olsaydı, özümüzə tam fərqli rəqib seçərdim. Məsələn, Azərbaycana yox, Lüksemburqa getməyimizi istərdim. Görək bu komandaların cavab oyununa hansı nəticə qeydə alınacaq".
Qeyd edək ki, "Qarabağ" Bakıdakı ilk oyunda "Düdelanj"a 2:0 hesabıyla qalib gəlib.
