15 iyul 2016 18:40

Roman Qriqorçuk: Lillə düşməklə bəxtimiz gətirdi

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının üçüncü təsnifat mərhələsinin püşkatması ilə bağlı fikirlərini bölüşüb. İkinci təsnifat mərhələsində Macarıstan MTK-sını mübarizədən kənarlaşdıracağı halda Fransanın "Lill" klubu ilə qarşılaşacaq bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı bunları söyləyib:

"Biz hələ növbəti mərhələyə vəsiqə qazanmamışıq. Ona görə də indidən üçüncü təsnifat mərhələsi barədə danışmağımız tezdir. Hazırda bütün diqqətimiz MTK ilə cavab matçına yönəlib. Bizi çox çətin ev oyunu gözləyir. MTK-nı keçmək bizim üçün çox çətin olacaq. Bunun üçün xeyli tərləməli olacağıq.

Potensial rəqibimizə gəlincə, Fransanın "Lill" klubu ilə düşməklə bəxtimizin gətirmədiyini deməzdim. Əksinə, hesab edirəm ki, bəxtimiz gətirdi. Belə adlı-sanlı, səviyyəli komanda ilə qarşılaşmaq əladır. Şəxsən mənim üçün çox maraqlı olacaq. Püşkün nəticəsinə görə şadam. Hər belə rəqiblə oyun böyük təcrübədir, dərsdir. Öz gücümüzü belə bir rəqiblə oyunda sınamaq, yeni nələrsə öyrənmək imkanı qazanacağıq".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.