Mahmud Qurbanov: Bütün klublarımıza çətin rəqiblər düşdü
Azərbaycan yığmasının məşqçisi Mahmud Qurbanov klublarımızın avrokuboklarda potensial rəqiblərinin müəyyənləşməsi ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Klublarımıza çətin rəqiblər qismət oldu. Bu da normaldır. Çünki mərhələ adladıqca rəqiblər də çətinləşir. Klublarımızın şanslarından danışmaq üçün öncə üçüncü mərhələyə vəsiqəni təmin etmək lazımdır. Mərhələ adlasalar, bütün klublarımızı çətin oyunlar gözləyəcək. Elə "Qarabağ" üçün də Çexiya "Viktoriya"sı ilə oyun asan keçməyəcək. Amma ÇL-in qrup mərhələsində oynamağı istəyirlərsə, "Viktoriya"nı keçməlidirlər. Onları Avropada yaxşı tanıyırlar. "Qarabağ"ı ÇL-in pley-off mərhələsində görməyi hamımız istəyirik. Amma bunun üçün yaxşı oyun sərgiləmək lazımdır".
