15 iyul 2016 15:45
Qara Qarayev: Viktoriyanın ÇL-də təcrübəsi var
"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Çexiya "Viktoriya"sı ilə qarşılaşmaq şansları barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Viktoriya" Avropada məşhur komandadır. Müəyyən uğurlara imza atıb. Çempionlar Liqasında da təcrübəsi var. Amma indidən bu barədə danışmaqda məna görmürəm. Çünki biz hələ Lüksemburq "Düdelanj"ını keçməmişik. Öncə ikinci təsnifat mərhələsini adlayaq, ondan sonra Çexiya klubu barədə danışarıq".
