15 iyul 2016 14:00

Arif Əsədov: Neftçi üçün belə oyunla heç-heçə yaxşı nəticədir

"Neftçi"nin sabiq baş məşqçisi Arif Əsədovun azerisport.az saytına müsahibəsi

- "Neftçi"nin Avroliqanın ikinci təsnifat mərhələsi çərçivəsində Makedoniya "Şkendiya"sı ilə ev oyunundakı qolsuz heç-heçəsini necə şərh edə bilərsiniz?
- Makedoniya "Şkendiya"sı gözlədiyimdən daha güclü rəqib imiş. Qonaqlar xüsusilə ilk yarıda böyük üstünlüyə malik idilər. İkinci hissədə isə "Neftçi" əks-hücumlarda təhlükəli olmağa başladı. Belə oyunla qolsuz heç-heçə yaxşı nəticədir. Bütövlükdə, bakılıların mərhələ adlamaq üçün şansları pis deyil. Amma bu şansdan yararlanmaq lazımdır.

- Səfərdə Macarıstan MTK-sına qalib gələn "Qəbələ"nin cütün taleyini həll etdiyini demək olar?
- Komandamız yaxşı futbol sərgilədi. Rəqibin oyunun əvvəlində penaltini qaçırması "Qəbələ"yə ikinci nəfəs verdi. Onlar hücumda daha kreativ oynamağa başladılar. Bu mövsüm "Qəbələ" çox yaxşı təsir bağışlayır. Səfərdə iki qol və qələbə hələ mərhələ adlamağa tam zəmanət vermir. Amma işin 70 faizi artıq görülüb. Ev oyununda da asan olmayacaq.

- "Kəpəz" Avstriya "Admira"sına səfərdə minimal hesabla uduzdu...
- Onlara ən güclü rəqib qismət olub. Gənc və sürətli komandadır. Buna baxmayaraq, "Kəpəz" müdafiədə çox inamlı oynadı. Bu məğlubiyyətə baxmayaraq, komandamız yenə mərhələ keçmək şansını saxlayır. Amma bunun üçün futbolçularımız gərək ev oyununda xarakter nümayiş etdirsinlər.

- Sizə elə gəlmir ki, "Qarabağ" Lüksemburq "Düdelanj"ına qarşı daha yaxşı oynaya bilərdi?
- Biz artıq mövsümün ilk oyunlarının "Qarabağ" üçün çox çətin keçdiyini görməyə alışmışıq. Rəqib də komandamızı yaxşı analiz etmişdi. Müdafiədə boşluq buraxmırdılar. Fikrimcə, cavab oyunu ağdamlılar üçün daha asan keçəcək. Amma daha vacib olan bu rəqibi mübarizədən kənarlaşdırmaqdır.

- Klublarımızdan hansı növbəti mərhələyə adlaya biləcək?
- "Qarabağ"la "Qəbələ" demək olar ki, vəzifəsinin öhdəsindən gəlib. Amma "Neftçi" ilə "Kəpəz"in taleyi sual altındadır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.