15 iyul 2016 13:20
Admira Azərbaycanın ərazi bütövlüyü ilə bağlı kobud səhvə yol verdi
Avropa Liqasının ikinci təsnifat mərhələsində "Kəpəz"in rəqibi olan Avstriyanın "Admira" klubu Azərbaycanın ərazisi ilə bağlı kobud səhvə yol verib. Azerisport.az xəbər verir ki, sözügedən komanda iyulun 20-də Bakıda keçiriləcək cavab oyunu ilə bağlı "Facebook" səhifəsində yaydığı məlumatda Naxçıvan Muxtar Respublikasını Azərbaycanın ərazisi kimi təqdim etməyib.
Bu kobud səhvi aşağıdakı şəkillərdən də görmək mümkündür. Ümid edirik ki, bu səhv tezliklə aradan qaldırılacaq.
Qeyd edək ki, "Kəpəz" - "Admira" matçı iyulun 20-da "Dalğa Arena"da keçiriləcək. İlk oyunda isə Gəncə klubu ötən gün 0:1 hesabıyla uduzub.


