15 iyul 2016 11:40
Oyun Qaydaları nəşr olunub
Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (ing: IFAB) 2016/2017-ci il mövsümü üçün Oyun Qaydaları AFFA-nın sifarişi ilə Azərbaycan dilində nəşr olunub. Azerisport.az xəbər verir ki, hakimlər, hakim-inspektorlar, klub nümayəndələri və digər mütəxəssislər üçün nəzərdə tutulmuş nəşri AFFA-nın Hakimlər Komitəsinin sədri Xəqani Məmmədov tərcümə edib.
