15 iyul 2016 10:30
MTK-nın baş məşqçisi: Bakıya qələbə üçün gələcəyik
Macarıstanın MTK klubunun baş məşqçisi Vasiliş Teodoru Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İlk qola qədər bərabər səviyyəli oyun gedirdi. Hesabı biz açsaydıq, nəticə fərqli olacaqdı. Amma sonda uduzan biz olduq. Təslim olmağa hazırlaşmırıq. Bakıya qələbə üçün gələcəyik ki, mərhələ adlayaq. Baxmayaraq ki, "Qəbələ" çox güclü və təhlükəlidir. Yeri gəlmişkən, biz bu gün ilk mərhələdə qarşılaşdığımız Qazaxıstan "Atkobe"sinə qarşı göstərdiyimizdən daha yaxşı oyun sərgilədik. Amma əfsuslar olsun ki, nəticə fərqli oldu".
