Klublarımızın rəqibləri bəlli oldu
Bu gün Avropa Liqasının üçüncü təsnifat mərhələsinin püşkü atılıb. Azerisport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə Azərbaycanı Avroliqada təmsil edən klubların - "Qəbələ", "Neftçi" və "Kəpəz"in də potensial rəqibləri müəyyənləşib.
Təmsilçilərimizin hamıı səpələnməmişlər səbətində yer almışdı. Bu isə o demək idi ki, klublarımız ilk iki təsnifat mərhələsi ilə müqayisədə daha güclü komandalara rəqib olacaqdılar. Amma bunun üçün hələ klublarımız özləri də ikinci təsnifat mərhələsini qalib başa vurmalıdırlar.
Püşkün nəticəsinə gəlincə, "Qəbələ" növbəti mərhələyə adlasa, Fransanın "Lill", "Neftçi" Çexiyanın "Mlada Boleslav", "Kəpəz" isə bu ölkənin digər təmsilçisi "Sovan"la qarşılaşacaq.
"Qəbələ" / MTK (Macarıstan) - "Lill" (Fransa)
"Neftçi" / "Şkendiya" (Makedoniya) - "Mlada Boleslav" (Çexiya)
"Kəpəz" / "Admira" (Avstriya) - "Slovan" (Çexiya)
Qeyd edək ki, üçüncü təsnifat mərhələsinin oyunları 28 iyul və 4 avqust tarixlərində keçiriləcək.
