Qarabağın növbəti rəqibi bəlli oldu: Çexiyaya gedəcək
Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin püşkü atılıb. Azerisport.az xəbər verir ki, Bakı vaxtı ilə saat 14:00-da başlayacaq tədbirdə Azərbaycan çempionu "Qarabağ"ın da növbəti mərhələdəki rəqibi müəyyənləşib.
Ağdam təmsilçisi püşk zamanı səpələnməmişlər səbətində yer alıb. Bu isə son Azərbaycan çempionunu daha güclü rəqiblə üz-üzə qoyacaqdı.
Lakin bunun üçün Qurban Qurbanovun komandası hələ ikinci təsnifat mərhələsindəki rəqibini - Lüksemburqun "Düdelanj" klubunu mübarizədən kənarlaşdırmalıdır. Bakıda keçirilən ilk oyunda rəqibinə 2:0 hesabı ilə qalib gələn "Qarabağ" səfərdə də bu üstünlüyünü qorumağa çalışacaq.
Bu rəqibini mübarizədən kənarlaşdıracağı halda isə, "Qarabağ"ı Çexiyaya səfər gözləyir. Ağdam klubu bu ölkənin "Viktoriya" (Plzen) komandası ilə qarşılaşmalı olacaq.
Qeyd edək ki, üçüncü təsnifat mərhələsinin oyunları 26/27 iyul və 2/3 avqust tarixlərində keçiriləcək.
"Viktoriya" Plzen (Çexiya) - "Qarabağ" (Azərbaycan) / "Düdelanj" (Lüksemburq)
