15 iyul 2016 01:30

Şahin Diniyev: Cütün taleyi Bakıda həll olunacaq

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçirilmiş “Admira” (Avstriya) - “Kəpəz” oyunundan (1:0) sonra mətbuat konfransı təşkil olunub. Azerisport.az xəbər verir ki, Gəncə klubunun baş məşqçisi Şahin Diniyev 0:1 hesabıyla uduzduqları oyunla bağlı bunları deyib:

“Mənə elə gəlir ki, biz burada nəinki Gəncə, hətta Azərbaycanı layiqincə təmsil edə bildik. Taktiki savaş idi, biz bu gün sadəcə, döyüşü uduzduq, müharibə hələ qabaqdadır. İkinci oyun var ki, onu da oynamaq lazımdır. “Admira” doğrudan da çox güclü komandadır, komplektləşmiş və sistemlə oynayan rəqib vardı bu gün qarşımızda. Futbolçularımız ağılla oynadılar, taktiki cəhətdən düzgün mübarizə apardılar. Verilən tapşırıqları yerinə yetirə bildilər. Yalnız standart vəziyyət zamanı bir fərdi səhvdən qol buraxdıq. Nicat Qurbanov fərqlənib hesabı bərabərləşdirsəydi, fərqli nəticə ola bilərdi. Fikrimiz oyunu əks hücumlardan qurub, cinahlardan sürət hesabına nəticəyə nail olmaq idi. “Kəpəz” artıq başından yuxarı tullanıb. Xarakterli, uduzmaq istəməyən komandayıq. Futbolçularıma bunun üçün təşəkkür edirəm. Hər iki komandanın mərhələ adlamaq şansı var. Cütün taleyi Bakıda həll olunacaq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.