15 iyul 2016 01:15

Roman Qriqorçukdan qələbə şərhi

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən MTK (Macarıstan) - “Qəbələ” matçından (1:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Azerisport.az xəbər verir ki, ukraynalı mütəxəssis səfər qələbəsini belə şərh edib:

“MTK ilə oyuna çox ciddi hazırlaşmışdıq. Rəqibi çox yaxşı təhlil etmişdik. Bu oyunda rəqibin ifasında bildiklərimizi gördük. MTK yaxşı komandadır, heyətində fiziki cəhətdən güclü futbolçular var. Bu da dərhal diqqət çəkir. Komandanın əksər oyunçuları texniki cəhətdən də güclüdürlər. Meydanda da rəqibin yaxşı komanda olduğunun təsdiqini gördük. Oyun elə alındı ki, matçın axarı da, hesabı da fərqli ola bilərdi. Biz rəqibdən daha çox qol vurduğumuz üçün qalib gəldik. Penaltinin qolla nəticələnəcəyi halda necə olacağını bilmərik. Amma deyərdim ki, meydanda ciddi nə isə dəyişməzdi. Düşünürəm ki, cavab oyunu da oxşar tərzdə keçəcək. Bu matça qədər şanslar 50-nin 50-yə idi. Səfərdə iki qol vursaq da, cavab matçı öncəsi də şanslar təxminən bərabərdir. Çünki rəqibin gücünü real qiymətləndirirəm. Bu komanda çox güclü oynamaq iqtidarındadı və cavab qarşılaşmasında ciddi matç olacaq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.