15 iyul 2016 00:45
Əliyar Ağayevdən İtaliya - Avstriya matçında 5 sarı vərəqə
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Almaniyada keçirilən 19 yaşadək futbolçulardan ibarət yığma komandalar arasındakı AÇ-də ilk oyununu idarə edib. Azerisport.az xəbər verir ki, o, İtaliya - Avstriya matçının baş hakimi olub.
Qarşılaşma 1:1 hesabıyla başa çatıb. Əliyar bu oyunda 5 sarı vərəqəyə əl atıb. Onlardan üçü avstriyalıların, ikisi isə italiyalıların payına düşüb.
