15 iyul 2016 00:25
Samir Məsimovun komandası Şaxtyora qalib gələ bilmədi
Sloveniyanın "Domjale" klubu Avropa Liqasında növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun komandası bu turnirin ikinci təsnifat mərhələsində Belarus "Şaxtyor"u ilə qarşılaşıb.
Soliqorsk təmsilçisi ilə səfərdə qarşılaşan "Domjale" 1:1 hesablı heç-heçəyə nail olub.
Məsimovun adı bu oyunun iştirak ərizəsinə daxil edilməyib.
