14 iyul 2016 22:20
Jayro: Qol vurmaq üçün əlimizdən gələni etdik
Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçirilən "Neftçi" - "Şkendiya" (Makedoniya) oyunundan sonra meydan sahiblərinin müdafiəçisi Jayro fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Əlimizdən gələni etdik. Qol vurmaq üçün çox çalışdıq. Təəssüf ki, buna nail ola bilmədik. Qarşıda cavab oyunu var. Həmin oyuna hazırlaşmalıyıq. Səfərdə yaxşı nəticə qazanmağa çalışacağıq". (СВС)
