14 iyul 2016 22:10
Bruno Akrapoviç: Səfərdə 0:0 bizim üçün yaxşı nəticədir
Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçirilən "Neftçi" - "Şkendiya" (Makedoniya) oyunundan sonra qonaq komandanın baş məşqçisi Bruno Akrapoviç fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Neftçi"nin çox yaxşı komanda olduğunu bilirdik. Ona görə də maksimim diqqətli oynamağa çalışdıq. Fikrimcə, 0:0 yaxşı nəticədir. Skopyedə bizə lazım olan qolları vurub, mərhələ keçə bilərik. Amma hələ növbəti mərhələdən danışmaq tezdir. Şanslar hələ də bərabərdir. Evdə daha aqressiv və diqqətli oynamalıyıq". (СВС)
